Təhsil 365 - Logo Mobile

Qarabağ Universitetində bədii yaradıcılıq müsabiqə-festivalının seçim turu keçirilib - FOTO

8023.04.2025 - 09:20
Qarabağ Universitetində bədii yaradıcılıq müsabiqə-festivalının seçim turu keçirilib - FOTO

Qarabağ Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının Bakıda keçiriləcək final mərhələsinə seçim turu keçirilib.
Universitetdən “Tehsil365”ə verilən məlumata görə, müsabiqə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilir.

Bildirilir ki, bədii yaradıcılıq müsabiqə-festivalın keçirilməsinin məqsədi gənclərə milli vətənpərvərlik ruhu aşılamaq, onları mədəniyyətimizə, incəsənətimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, bədii-estetik zövqlərinin formalaşmasına kömək göstərmək, incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...