Təhsil 365 - Logo Mobile

Qarabağ Universiteti Pedaqoji fakültəyə müəllim vakansiyaları elan edir

9323.04.2025 - 09:30
Qarabağ Universiteti Pedaqoji fakültəyə müəllim vakansiyaları elan edir

Qarabağ Universiteti 2025-2026-cı tədris ili üçün “Təhsil elmləri”, “Riyaziyyat”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Azərbaycan dili”, “Ədəbiyyat (dillər üzrə)” və “İngilis dili” istiqamətləri üzrə müəllim vakansiyalarına işə qəbul elan edir.

Universitetdən “Tehsil365”ə bildirilib ki, tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: Riyaziyyat istiqaməti üzrə müəllim) qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: https://bit.ly/42GB85D

Müraciət üçün son tarix: 16 may 2025-ci il

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...