Təhsil 365 - Logo Mobile

NDU-nun tələbələri Beynəlxalq Kimya Müsabiqəsinin qalibi olublar - FOTO

9223.04.2025 - 13:30
NDU-nun tələbələri Beynəlxalq Kimya Müsabiqəsinin qalibi olublar - FOTO

Naxçıvan Dövlət Universitetinin “Kimya müəllimliyi” ixtisasının III kurs tələbələri Aliyə Cəfərova və Nurtac Rəhimova beynəlxalq səviyyədə uğur əldə ediblər. 

Universitetdən “Tehsil365”ə bildirilib ki, tələbələr “Erudit onlayn” Beynəlxalq Kimya Müsabiqəsində iştirak edərək I yerə layiq görülüblər. Göstərilən yüksək nəticəyə görə onlar I dərəcəli diplom və qızıl medalla təltif ediliblər. 

Qeyd edək ki, tələbələr müsabiqəyə Kimya kafedrasının müdiri Şəmil Mahmudov və Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının rəhbəri Fizzə Məmmədovanın rəhbərliyi ilə hazırlaşıblar.

Bildirək ki, “Erudit onlayn” Beynəlxalq Kimya Müsabiqəsi müxtəlif ölkələrin tələbələri arasında keçirilən nüfuzlu elmi yarışdır. Müsabiqə iştirakçıların kimya bilikləri və analitik düşünmə bacarıqlarını qiymətləndirməyə yönəlib.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...