Təhsil 365 - Logo Mobile

Ağstafa məktəbliləri “Türk dünyasının liderləri- Heydər Əliyev və Atatürk” TƏDBİRİNDƏ - FOTO

7224.04.2025 - 12:31
Ağstafa məktəbliləri “Türk dünyasının liderləri- Heydər Əliyev və Atatürk” TƏDBİRİNDƏ - FOTO

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Türk dünyasının liderləri- Heydər Əliyev və Atatürk" adlı tədbir keçirilib.

Bu barədə Qazax-Tovuz Regional İdarəsindən “Tehsil365”ə bildirilib. 
Qeyd olunub ki, tədbirdə şagirdlər Azərbaycan və Türkiyənin Suverenliyini əks etdirən kompozisiyalarla çıxış ediblər. Mahnılar ifa edib, şeirlər söyləyib, rəqslər nümayiş etdiriblər. 

Eyni zamanda Türkiyənin Denizli vilayətini Sarayköy ilçəsinin Tosunlar məktəbilə telekörpü yaradılıb. 23 aprel tarixinə təsadüf edən tədbirdə qardaş Türkiyənin "23 aprel Milli Suverenlik və Uşaq Bayramı" da təbrik edilib. Azərbaycan və Türkiyənin iki dövlət bir millət olması vurğulanıb.


Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...