Təhsil 365 - Logo Mobile

Şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin NƏTİCƏLƏRİ

7228.04.2025 - 15:30
Şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin NƏTİCƏLƏRİ

Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsinin nəticələri elan olundu.

Bu barədə “Tehsil365”ə ARTİ-nin nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, şəhid ailəsi üzvləri üçün 25-27 aprel tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər.

Elektron yerləşdirmə zamanı 16 nəfər şəhid ailəsi üzvü müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaq. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Elmina Muxtarlı

Новостная лента

На данный момент новостей в ленте нет...