Təhsil 365 - Logo Mobile

Zərifə Əliyevanın adını daşıyan məktəbdə xatirəsi anılıb - FOTO

8028.04.2025 - 16:10
Zərifə Əliyevanın adını daşıyan məktəbdə xatirəsi anılıb - FOTO

Aprelin 28-də oftalmoloq-alim, akademik - Zərifə xanım Əliyevanın adını daşıyan Şahtaxtı kənd tam orta məktəbində görkəmli alimin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olublar.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov  dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən bəhs ediblər.

Qeyd olunub ki, alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Sonda xatirə fotosu çəkilib.

Elmina Muxtarlı

Новостная лента

На данный момент новостей в ленте нет...