Təhsil 365 - Logo Mobile

Ayın 1-dən ibtidai siniflərdə yaz tətili başlayır

8229.04.2025 - 14:01
Ayın 1-dən ibtidai siniflərdə yaz tətili başlayır

Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilir.

Bu barədə “Tehsil365”ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.

️Qeyd edək ki, tətildən sonra ilk dərs günü 6 may tarixinə təsadüf edəcək.

Elmina Muxtarlı

Новостная лента

На данный момент новостей в ленте нет...