Təhsil 365 - Logo Mobile

“İnteraktiv biologiya” layihəsi uğurla yekunlaşıb - FOTO

7930.04.2025 - 09:30
“İnteraktiv biologiya” layihəsi uğurla yekunlaşıb - FOTO

“İnteraktiv biologiya” layihəsinin sonunda məktəb heyətinin və layihədə yer alan şagirdlərin iştirakı ilə bağlanış mərasimi təşkil olunub. 

“Tehsil365” xəbər verir ki, tədbir zamanı layihə ərzində görülən işlər, əldə olunan nəticələr və yaradılan tədris resursları təqdim edilib və şagirdlərin layihə çərçivəsində əldə etdikləri bilik və bacarıqlar dəyərləndirilib.

Bakı şəhərində həyata keçirilən layihə VIII sinif şagirdlərinin biologiya fənninə marağının artırılması və fənnin interaktiv üsullarla tədrisinin təşviqi məqsədi daşıyıb. Layihə çərçivəsində “PhET” platformasında yerləşən simulyasiyalar əsasında keçirilən dərslər şagirdlərə biologiya üzrə əsas mövzuları vizual və təcrübəyə əsaslanan şəkildə mənimsəməyə şərait yaradıb. Tədris prosesində şagirdlərin nəzəri biliklərini praktik bacarıqlarla tamamlaması, tənqidi düşüncə, komanda işi və problem həlletmə bacarıqlarının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb.

Layihə nəticəsində biologiya fənni üzrə VIII sinif proqramına uyğun olan “PhET” materialları Azərbaycan dilinə tərcümə olunub, bu materiallar əsasında xüsusi kurikulum hazırlanıb. Tərcümə olunmuş məzmunun hədəf yaş qrupu və bilik səviyyəsinə uyğunluğu yoxlanılıb, tədris prosesini dəstəkləmək məqsədilə əlavə resurslar – iş vərəqləri, testlər və digər vəsaitlər hazırlanıb. Pilot dərslər vasitəsilə materialların effektivliyi qiymətləndirilmiş və əldə olunan rəylər əsasında təkmilləşdirmələr aparılıb. Hazırlanmış materiallar və resurslar geniş istifadəyə verilməsi üçün biologiya müəllimləri ilə paylaşılıb.

Ümumilikdə layihə çərçivəsində 32 saatlıq məşğələ təşkil olunub, nəticə etibarilə şagirdlərin həm fənn üzrə bilik səviyyəsinin yüksəldilməsi, həm də müasir tədris vasitələrindən istifadə bacarıqlarının formalaşdırılması təmin edilib.

Bildirilir ki, “İnteraktiv biologiya” layihəsi Bakı şəhəri 78 nömrəli tam orta məktəbin biologiya müəllimi Elşad Əliyev tərəfindən icra olunub.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...