Təhsil 365 - Logo Mobile

Maarif, təhsil, məktəb fədaisi - FOTO

10030.04.2025 - 13:52
Maarif, təhsil, məktəb fədaisi - FOTO

Görkəmli yazar Yucin Simonis yazırdı ki, “Yüksəyə qalxmaq istəyirsənsə, lap aşağıdan başlamalısan". Sadə, zəhmətkeş bir ailədə dünyaya gələn Hasil Əliyevin həyat yoluna nəzər salarkən bir daha bunun şahidi oldum.

Onun haqqında ilk dəfə Azərbaycan mühacirət mətbuatının görkəmli tədqiqatçısı, bu mövzuda onlarla sanballı əsərlərin müəllifi olan, söz aləmində öz dəsti-xətti, üslubu ilə tanınan, sözü-imzası ilə seçilən, sevilən, yazar Abid Tahirlidən eşitdim. Ürək dolusu danışdı və sonda “Hasil müəllim maarif, təhsil, məktəb fədaisi idi” sözlərini xüsusi vurğuladı. Elə diqqətimi daha çox cəlb edən də bu sözlər oldu.

Az qala hər şeyin alınıb-satıldığı bir dünyada bütün ömrünü, günün təhsilə, maarifə onun inkişafına fəda edən insanlar nə yaxış ki vardır.

Yəqin ki, oxucum üçün də maraqlıdır: kim idi bu maarif, təhsil fədaisi?

Hasil Qulammirzə oğlu Əliyev dünyaya göz açanda Azərbaycanda sovet hökumətinin dəhşətli repressiyası tüğyan edirdi. Ölkənin elit təbəqəsinə qənim kəsilən Sovet rus hökuməti unudurdu ki, bu xalqın təhsilli, ziyalı övladları bitib-tükənməzdir.

Hasil Əliyev 1935-ci ilin 9 mayında Azərbaycanın dilbər güşələrindən biri olan Lənkəranda — Qulammirzə kişinin ailəsində dünyaya göz açıb. Yaşıdlarının əksəriyyəti kimi o da ilk təhsilini Lənkəran şəhəri 3 saylı məktəbdə alıb. Amma yaşıdlarının çoxundan fərqli olaraq bu təhsillə kifayətlənməyib, daha yaxşı, mükəmməl təhsil əldə etmək üçün üz tutur Bakıya. 1954-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olur. Hasil Əliyev təhsil illərində yalnız yaxşı oxumağı ilə deyil, həm də ictimai işlərdə yaxından köməklik etməyi, istər müəllim, istər tələbə kollektivi arasında xoş rəftarı, mehribanlığı və cəldliyi ilə böyük hörmət qazanır. 1959-cu ildə İnstitutda təhsilini uğurla başa vuran Hasil Əliyev təyinatla Lənkəran Pedaqoji Texnikumuna müəllim göndərilir.

Gənc müəllimin zəhmətkeşliyi, fədakarlığı gələcək həyat və faliyyət yoluna işıq saldı və xoşbəxtlikdən Tanrı qarşısına o zəhməti duyan, qiymətləndirən insanlar çıxardı. Onu texnikomda “profkom” seçdilər. Hasil Əliyev tədrislə yanaşı, ictimai işlərdə də ön sırada oldu. Təbii bu həm texnikomun rəhbərliyinin, həm də oraya tez-tez gələn Respublikanın görkəmli pedaqoqlarının, rəhbər işçilərinin diqqətindən yayınmadı.

1963-cü ildə texnikomda geniş tədbir kecirilir. Tədbirdə Maarif Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Rəfiqə Hüseynova da iştirak edirdi. Gənc Hasilin tədbir boyu cəldliyi, tədbirdəki çıxışı Rəfiqə xanımın diqqətindən yayınmır. Bu tədbirdən bir necə ay sonra Hasil Rəfiqə xanımın məsləhəti ilə Həmkarlar İttifaqının Respublika Komitəsində şöbə müdiri vəzifəsinə təyin edilir. Etimadı doğruldan gənc pedaqoq 1966-cı ildə Maarif Nazirliyinə dəvət alır.

Gənc mütəxəssisin Nazirlikdə yalnız sənədlərlə işləmək səriştəsi diqqəti cəlb etmir. O, həm də təcrübəli, püxtələşmiş kadr kimi təkliflər irəli sürür, dəyərli məsləhətlər verir. Hasil müəllim 1966-72-ci illərdə Maarif Nazirliyində uşaqların estetik tərbiyəsi respublika metodkabinetinin direktoru vəzifəsində çalışır. O, bu zaman tez-tez bölkələrə səfər edir, çox çətin də olsa qismən təlim-tərbiyənin milli zəmində qurulmasına nail olur. İmperiya quruluşunun sərt tələblərinə uyğun olaraq pedaqoji işin yalnız kəmiyyət göstəricisinə görə qiymətləndirilməsinin əlehinə çıxır. Rəhbər işçilərlə görüşləri zamanı təhsilimizin məzmununda qisməndə olsa dəyişikliklər edilməsini, pedaqoji əməyin qiymətləndirilməsini, yerli təhsil orqanlarının səlahiyyətlərinin artırılmasını və s. bu kimi söylədiyi dəyərli təkliflər, çoxlarının olmasa da, bəzilərinin ürəyincə olur.

Belə səfərləri arasında Lənkəran şəhəri 3 saylı məktəbi daha tez-tez ziyyarət edir, problemləri ilə yaxından tanış olur, kollektivə hər zaman dəstək göstərirdi. Hasil müəllim bununla sanki bir məzun kimi borcunu yerinə yetirmək istəyirdi. Onu elmə, maarifə aparan ilk ocağı o, heç vaxt unutmurdu. Bu işə sinif yoldaşlarını da cəlb edərdi. Onlar hər yay bu müqqədəs ocaqda görüşərdilər.

İstər bölgələrdə, istər mərkəzdə təhsillə bağlı çıxışları, təklifləri hər zaman maraqlı və cəlbedici olurdu. Belə tədbirlərdən biri də Bakıda Maarif Nazirliyində oldu. Onun söylədikləri Nazir Mehdi Mehdizadənin də xoşuna gəlir və 1972-ci ilin ortalarında Hasil Əliyev Maarif Naziri Mehdi Mehdizadənin müsbət xasiyyətnaməsi ilə Nazirlər Sovetinə (indiki Nazirlər Kabinetinə) işə aparılır. Beləliklə, Hasil Əliyev 1972-2010-cu illər ərzində Nazirlər Kabinetinin Aparatı tərəfindən hökumətin təhsil sahəsində qərar və sərəncamların tərtibi və icrası istiqamətində aidiyyəti üzrə 40 ilə yaxın bir müddət ərzində fəaliyyət göstərmiş, eyni zamanda, nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Dövlət Komissiyasının məsul katibi olmuşdur.

Hasil Əliyev bu illər ərzində təhsil sahəsi ilə bağlı mütamadi olaraq dövrü mətbuatda çıxış etmiş, müntəzəm olaraq “Azərbaycan müəllimi” qəzetinə müsahibələr vermişdir. Bu çıxış və müsahibələrində təhsillə bağlı problemlərin aradan qaldırılması yollarını göstərmiş, sahənin mütəxəssislərinə, gənc maarifçilərə öz dəyərli tövsiyə və məsləhətlərini vermişdir. O, bununla da kifayətlənmirdi. Öz təcrübəsini gənc maarifçilərə, pedaqoqlara, rəhbər işçilərə öyrətmək üçün mütamadi olaraq texniki peşə məktəblərində, məktəbəqədər tərbiyə müəssisələrində olurdu. Odur ki, 1970-ci ildən üzü bəri təhsil sistemində hamı Hasil müəllimi tanıyırdı, hörmət edirdi. Hasil müəllim özü bu sahədə zəngin təcrübəyə malik olsa da hər zaman sahənin kadrları ilə məsləhətləşməyə ehtiyac duyurdu. Hətta gənc kadrlarla tez-tez görüşür, onların fikirlərini səbirlə dinləyirdi. Bu faktın özü bir daha sübut edir ki, Hasil Əliyev təkəbbürdən, mənəm-mənəmlikdən çox uzaq olub.

O, hər zaman ictimai işlərə də vaxt tapırdı. 1970-ci illərdə Maarif Nazirliyinin təşkilatçılığı ilə keçirilən əksər tədbirlərə rəhbərlik edib. Onlardan biri də 1970-ci ildə Bakıda keçirilən "Nəğmə bayramı" olub. Görkəmli mədəniyyət xadimi Əfrasiyab Bədəlbəylinin dirijorluğu ilə keçirilən tədbir xoş sorağı ilə dillərə düşmüşdür.

Hasil Əliyev hər zaman kollektivin sevimlisi olub. Onun haqqında söz düşəndə iş yoldaşları Abid Tahirli, şair Dilsuz, Sevinc Ağacanova xoş təəssüratlarla onu anırlar. Bunun üçün Hasil müəllimin ailəsi hər zaman onlara təşəkkürlərini bildirirlər.

Təcrübəli və təəssübkeş təhsil, elm, məktəb fədasinin əməyi zaman-zaman xalqımız və dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. “Əmək rəşadətinə görə” medalla, “SSRİ maarif əlaçısı” və “Qabaqcıl maarif xadimi” döş nişanları və s. təltifləri var. Amma özünün də hər zaman dediyi kimi, ən böyük mükafatı xalqının sevgisi, hörməti və gözəl ailəsidir. Deyilənə görə Hasil müəllim iş zamanı nə qədər ciddi, prinsipal olsa da, təbiətcə çox sakit, sadə, istiqanlı, həssas insan olub. Dostluqda sədaqətli və səxavətli idi.

Bildiyimiz kimi, 1980-cı ilin ortalarından başlayaraq ölkəmizdə bir çox sahələr üzrə, o cümlədən təhsil sistemində də islahatlar aparılmağa başladı. Doğrudur, bəzi təhsil işçilərinin özləri bu islahatların əlehinə idi. Amma Hasil müəllim kimi təcrübəli, bu sahənin bütün çətinliklərini çözməyi bacaran və həm də daha çox milli-mənəvi dəyərlərə bağlı olan kadrlar çətin də olsa ölkəmizdə prosesi həyata keçirə bildilər.

Ona görə də biz bu gün qürurla deyə bilirik ki, Hasil müəllim 1980-cı illərin təhsil islahatları çərçivəsində məktəb proqramlarının modernləşdirilməsi, təhsil müəssisələrinin yeni formalarla idarə edilməsinin təkmilləşdirilməsi və müasir pedaqoji yanaşmaların tətbiqində aparıcı şəxsiyyətlərdən biri olub.

Aqillərin yazdığına görə “ailə insanlıq tarixinin ilk müəssisəsidir. Nəsillər oradan boy atır, orada böyüyür”. Hasil müəllimin də həm öz ailəsi, həm də maarifləndirdiyi yüzlərlə ailə millətinə, torpağına, Vətəninə ləyaqətli vətəndaş olaraq “millətin sinəsində vuran ürək və mənəviyyat qalasıdır”. Bu qalanın möhkəmliyi onun əxlaqı, mənəviyyatı, tərbiyyəsi, təhsilidir... Onun ailə mühitində yaratdığı və formalaşdırdığı zəngin təcrübə bu gün övladlarına, nəvələrinə, nəticələrinə bir mayaq rolunu oynayır.

Hasil müəllim sədaqətli, xeyirxah ömür-gün yoldaşı, qayğıgeş ailə başçısı, mehriban baba və ən əsası xalqımıza başucalığı gətirən bir ziyalı idi. Onun iş dünyası haqqında yetərincə oxucuma məlumat versəm də, təəssüf ki, yaxşı, xeyirxah bir “şəxsiyyət kimi portretini tamamlaya, aça bilmədim”. Hasil Əliyev haqqında yazılan məqalələrin birində sonda çox gözəl qeyd edilib ki, “O, maarifimizin, təhsilimizin həm yetirməsi, həm də onun veteranıdır”.

Bu gün də onun xoş əməllərindən bəhs ediləndə hamı onun ruhunu xeyirxahlıqla yad edir. Hasil müəllim 2022-ci ilin fevral ayında haqq dünyasına qovuşub. Amma onun təhsil, təlim sahəsində bizə miras qoyub getdiyi xeyirxah əməlləri, dəyərli tövsiyələri, məsləhətləri hər zaman gənc nəslin yardımçısıdır. Ona görə də belə insanlar amalları və əməlləri ilə hər zaman əbədi yaşardır.

Qərənfil Dünyamin qızı,

Əməkdar jurnalist











Aydan Ələkbərova

Новостная лента

Daha bir direktorun səsyazısı yayıldı - Araşdırma BAŞLADI - FOTO09.05.2025 - 17:00
Çayda boğulan yeniyetmənin meyiti tapıldı-YENİLƏNİB09.05.2025 - 16:05
Azərbaycanda 49 jurnalist əməliyyat olunub - FOTO09.05.2025 - 13:46
9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ09.05.2025 - 12:55
Yaqub Mahmudov və qızı Balakəndə uşaqlarla görüşdülər09.05.2025 - 12:05
Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi - FOTO09.05.2025 - 08:40
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib09.05.2025 - 08:30
Milli Kitabxana faşizm üzərində qələbəyə həsr olunan elektron məlumat bazası və virtual sərgi istifadəyə verib09.05.2025 - 08:20
“Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb - FOTO09.05.2025 - 08:10
ATU-da Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib - FOTO09.05.2025 - 08:00
BMU-nun kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib - FOTO09.05.2025 - 07:50
Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib - FOTO09.05.2025 - 07:40
Bakıda uşaq bağçası bağlanır09.05.2025 - 07:30
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçirilir09.05.2025 - 07:20
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı PAYLAŞIM09.05.2025 - 07:10
Fransada universitetlərdə hicabın qadağan olunması istənilir09.05.2025 - 07:00
İlham Əliyevlə xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər09.05.2025 - 06:50
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib09.05.2025 - 06:40
Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir09.05.2025 - 06:30
İlham Əliyevdən 9 May PAYLAŞIMI09.05.2025 - 06:20
295 nömrəli məktəbdə Ulu Öndər anıldı - FOTO09.05.2025 - 06:10
Ümummilli Lider təhsilə, elmə və mədəni inkişafa daim böyük dəstək verib - FOTO09.05.2025 - 05:59
Heydər Əliyev və Azərbaycan təbiəti - seminar08.05.2025 - 17:10
BDU tələbələri QİÇS-lə mübarizə tədbirləri haqqında məlumatlandırılıb - FOTO08.05.2025 - 16:50
Ulu Öndər Heydər Əliyevin milli mətbuat modeli - FOTO08.05.2025 - 16:30
Əlyazmalar İnstitutunda Ulu Öndərin xatirəsi yad edilib - FOTO08.05.2025 - 16:20
Biofizika İnstitutunda “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüş keçirilib - FOTO08.05.2025 - 16:10
BDU-da ali təhsildə keyfiyyət təminatı üzrə təlim proqramı uğurla tamamlanıb - FOTO08.05.2025 - 16:00
UNEC-də “Heydər Əliyev və müstəqil Azərbaycan quruculuğu strategiyası” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO08.05.2025 - 15:40
“Azərbaycan müstəqillik illərində: Qurtuluşdan zəfərə” – mühazirə08.05.2025 - 15:30
Kollecdə tədbir: Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır - FOTO08.05.2025 - 15:20
Tibb Festivalı çərçivəsində ATU ilə Əqli Mülkiyyət Agentliyi maarifləndirici tədbir keçirib - FOTO08.05.2025 - 15:10
Əbədiliyə doğru 102 addım - FOTO08.05.2025 - 15:00
BDU-nun Geologiya fakültəsinin tələbələri “Azerbaijan International Mining Company”də istehsalat təcrübəsində - FOTO08.05.2025 - 14:50
Tələbələrə “Yazılı abidələrimizin dövrləşdirilməsi” mövzusunda mühazirə oxunub - FOTO08.05.2025 - 14:40
Agentlik: 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır08.05.2025 - 14:30
AzMİU ilə Ankara Universiteti arasında ikili diplomla bağlı əməkdaşlığın əhatəsi genişlənir - FOTO08.05.2025 - 14:20
BDU-da tədbir: İsrailin mədəni irsi - FOTO08.05.2025 - 14:10
Ulu Öndər Heydər Əliyev - Azərbaycan elminin hamisi08.05.2025 - 13:59
Müasir Azərbaycanın memarı – elmi sessiya08.05.2025 - 13:47
“Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib - FOTO08.05.2025 - 13:35
Coğrafiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO08.05.2025 - 13:23
MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb - FOTO08.05.2025 - 13:11
AMEA-da Vyetnamın Elm və Texnologiya Akademiyasının vitse-prezidenti ilə görüş keçirilib08.05.2025 - 13:00
Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTO08.05.2025 - 12:50
Özbəkistanlı alim BDU tələbələrinə mühazirə oxuyub - FOTO08.05.2025 - 12:40
MEK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş sərgi keçirilir08.05.2025 - 12:30
Arxeoloqlar Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünü qeyd ediblər08.05.2025 - 12:20