Təhsil 365 - Logo Mobile

Rafiz İsmayılov vəfat etdi

9030.04.2025 - 18:40
Rafiz İsmayılov vəfat etdi

Görkəmli kino xadimi, Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.

“Tehsil365” xəbər verir ki, bu haqda Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Bildirilir ki, R. İsmayılov uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, R. İsmayılov 30 mart 1939-cu ildə Bakıda anadan olub. O, 1962-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. 1966-1972-ci illərdə isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.

1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur.

R. İsmayılov bir neçə kitabın da tərtibatçı rəssamı olub.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...