Təhsil 365 - Logo Mobile

Fizika İnstitutu və Pakistanın NED Mühəndislik və Texnologiya Universiteti arasında memorandum imzalanıb - FOTO

9101.05.2025 - 08:10
Fizika İnstitutu və Pakistanın NED Mühəndislik və Texnologiya Universiteti arasında memorandum imzalanıb - FOTO

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Pakistan İslam Respublikasının NED Mühəndislik və Texnologiya Universitetinin nümayəndə heyəti qonaq olub. Qonaqlar arasında universitetin prorektoru Məhəmməd Tufail və Böyük Verilənlər və Bulud Hesablama Milli Mərkəzinin direktoru Məhəmməd Əli İsmayıl yer alıblar.

İnstitudan “Tehsil365”ə bildirilib ki, baş direktor akademik Arif Həşimov qonaqlara institutun elmi-tədqiqat fəaliyyəti və layihələri barədə ətraflı məlumat verib.

Görüş çərçivəsində Fizika İnstitutu ilə NED Mühəndislik və Texnologiya Universiteti arasında niyyət memorandumu imzalanıb. Sənədi akademik Arif Həşimov və prorektor Məhəmməd Tufail imzalayıblar.

Memorandum elm və təhsil sahəsində inteqrasiyanın gücləndirilməsi, eləcə də birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsini nəzərdə tutur.

Tərəflər arasında gələcək əməkdaşlıq imkanları, o cümlədən birgə layihələrin hazırlanması və həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...