Təhsil 365 - Logo Mobile

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı “Elsevier” nəşriyyatının sertifikatına layiq görülüb

9001.05.2025 - 10:56
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı “Elsevier” nəşriyyatının sertifikatına layiq görülüb

Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi dosent Sevda Fətullayeva “Elsevier”in nəşri olan “International Journal of Biological Macromolecules” jurnalının redaksiya heyəti tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.

İnstitutdan “Tehsil365”ə bildirilib ki, “International Journal of Biological Macromolecules” jurnalı “Web of Science”, “Scopus” bazalarına daxildir. Burada bioüzvi kimya, polimer kimyası sahələrində aparılan fundamental nəzəri və tətbiqi elmi tədqiqatlarla bağlı nüfuzu məqalələr dərc olunur. Bu, bütün təbii makromolekulların kimyəvi və bioloji aspektlərinə həsr olunmuş fundamental beynəlxalq tədqiqat jurnalıdır.

Sertifikat 2024-cü ilin oktyabrından 2025-ci ilin aprel ayına qədər təklif olunan 11 işə verdiyi rəylərə əsasən təqdim olunub. Jurnalın təsir əmsalı 7.7-dir.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...