Qazaxıstanın Almatı Dövlət Universitetinin İnformatika ixtisası üzrə magistrantları Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika kafedrasında elmi təcrübə keçiblər.
BDU-dan “Tehsil365”ə bildirilib ki, 14 gün davam etmiş təcrübə müddətində Almatı Dövlət Universitetinin magistrantları Danıyar Aben, Laura Taskul, Asem Suleymanxan, Abdulazizxan Vafayev, Akbota Şaqirova kafedranın dosentləri Sevinc Rəsulova və Nazlı Həsənovanın dərslərində, kafedranın elmi seminarlarında və II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirələrində iştirak ediblər. Onlar universitetin tədris-elmi infrastrukturu, Elmi Kitabxanası, muzeyləri, “Eko Məkan”ı ilə də tanış olublar.
Sonda universitet rəhbərliyi tərəfindən qonaqlara sertifikatlar verilib.