Təhsil 365 - Logo Mobile

DİM elektron xidmətlərinin “mygov” portalına inteqrasiyası davam etdirilir

8901.05.2025 - 13:35
DİM elektron xidmətlərinin “mygov” portalına inteqrasiyası davam etdirilir

Artıq magistratura səviyyəsinə qəbul imtahanında iştirak edəcək bakalavrlar dim.gov.az saytı ilə yanaşı, my.gov.az portalı və ya “mygov” mobil tətbiqi vasitəsilə də Dövlət İmtahan Mərkəzinin “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi”  xidmətindən istifadə edərək  “İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

“Tehsil365” xəbər verir ki, my.gov.az portalında müvafiq xidmətə keçid linki ilə burada tanış ola bilərsiniz.

Xatırladaq ki, “mygov” Azərbaycanın rəqəmsal hökumət platformasıdır. Hökumətlə vətəndaş arasında körpü yaradan bu platforma bütün vacib sənədlərə və dövlət xidmətlərinə çıxış imkanı yaradır.

Hazırda Dövlət İmtahan Mərkəzinin iyirmidən çox elektron xidməti portala inteqrasiya olunub.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...