Təhsil 365 - Logo Mobile

“BilBacar” müsabiqəsinin may ayı üzrə hazırlıq mərhələsinə start verilib

9002.05.2025 - 10:30
“BilBacar” müsabiqəsinin may ayı üzrə hazırlıq mərhələsinə start verilib

2 maydan etibarən “BilBacar” müsabiqəsinin hazırlıq mərhələsinə başlanılıb. 

“Tehsil365” xəbər verir ki, qeydiyyatdan keçən şagirdlər hesablarına daxil olmaqla hazırlıq bölməsi üzrə sualları cavablandıra bilərlər.

Bildirilir ki, hazırlıq mərhələsi iştirakçıların yarış mərhələsinə hazırlığı üçün nəzərdə tutulub. Şagirdlər bu bölməyə istənilən məkandan və istənilən vaxt (kompüter, planşet və ya telefon vasitəsilə) daxil ola bilərlər. Hazırlıq bölməsində hər doğru cavab 1 balla qiymətləndirilir. Bu mərhələdə tapşırıqlar 1 ay müddətində açıq olacaq.

Qeyd edək ki, “BilBacar” müsabiqəsinin may ayı üzrə hazırlıq mərhələsi 150 dəqiqə davam edəcək.

“BilBacar” müsabiqəsinin keçirilməsində məqsəd VIII, IX və X siniflərdə təhsil alan şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda istifadə etmək qabiliyyətini inkişaf etdirmək və real həyatda tətbiq etməyə sövq etməkdir.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...