Təhsil 365 - Logo Mobile

Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib

5202.05.2025 - 11:20
Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib

İmtahan 2 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunub. İmtahanda 4 nəfər iştirak edib.

Bu barədə “Tehsil365”ə DİM-dən məlumat verilib.

Bildirilib ki, iştirakçılar imtahan nəticələrin ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 8  -10 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti GRE General Test imtahanının 30 may 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/gre

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...