Təhsil 365 - Logo Mobile

Azərbaycan və Gürcüstan Coğrafiya institutları arasında əməkdaşlıq memorandumu imzalanıb

9002.05.2025 - 15:40
Azərbaycan və Gürcüstan Coğrafiya institutları arasında əməkdaşlıq memorandumu imzalanıb

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Gürcüstanın Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutu arasında elmi-tədqiqat, texnologiya və təhsil sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə “Tehsil365”ə akademik Həsən Əliyev adına Coğrafiya İnstitutundan məlumat verilib.

Sənədi Azərbaycan tərəfindən Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən dosent Zaur İmrani, qarşı tərəfdən Gürcüstanın Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutunun direktoru Nana Bolaşvili imzalayıblar.

Memorandumu imzalamaqda məqsəd ümumi maraqlara əsaslanaraq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, əməkdaşlığın sahə və istiqamətlərinin genişləndirilməsi, elmi tədqiqatların keyfiyyətinin və dərinliyinin yaxşılaşdırılması üçün təcrübə mübadiləsinin aparılması, birgə konfransların təşkili məsələləridir.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...