Təhsil 365 - Logo Mobile

“Gənc istedadlar” liseyində art-terapiya yönümlü sessiya - FOTO

8002.05.2025 - 15:50
“Gənc istedadlar” liseyində art-terapiya yönümlü sessiya - FOTO

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Sosial elmlər və psixologiya fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin VIII sinif şagirdləri üçün art-terapiya yönümlü sessiya keçirilib.

BDU-dan “Tehsil365”ə bildirilib ki, şagirdlərin emosional durumuna, özünüifadə bacarıqlarının inkişafına və yaradıcı düşüncələrinin stimullaşdırılmasına yönələn sessiya zamanı sərbəst mövzularda rəsmlər çəkilib. Sakitləşdirici və klassik musiqi fonunda keçirilən məşğələlər şagirdlərin zehni və emosional olaraq rahatlamasına, çəkdikləri şəkillərdə düşüncələrini ifadə etmələrinə şərait yaradıb.

Sonda şagirdlərin çəkdikləri rəsmlərin müzakirəsi aparılıb. Mövzu ətrafında suallar cavablandırılıb.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...