Təhsil 365 - Logo Mobile

Tarix fənni üzrə RFO-nun final turunun ilkin nəticələri elan edildi

5702.05.2025 - 17:48
Tarix fənni üzrə RFO-nun final turunun ilkin nəticələri elan edildi

Tarix fənni üzrə Respublika Fənn Olimpiadalarının final turunda iştirak edən aşağı və yuxarı yaş qrupu şagirdlərinin yazı işlərininin yoxlanılması prosesi yekunlaşıb.

Bu barədə “Tehsil365”ə Təhsil İnstitutundan məlumat verilib.

Şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq ilkin nəticələrlə tanış ola bilərlər.

Koordinasiya prosesində (yazı işlərinə baxış) iştirak etmək istəyən şagirdlər 3 may saat 09:00-15:00 intervalında Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə (F.Xoyski, 109. N.Nərimanov metrosunun yaxınlığı) yaxınlaşmalıdırlar.

Koordinasiya növbəlilik prinsipləri əsasında təşkil ediləcək. İştirak üçün şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...