Təhsil 365 - Logo Mobile

Məktəb psixoloqu vəzifəsi üzrə müsahibə nəticələrinə dair Apellyasiya komissiyası fəaliyyətə başlayır

4602.05.2025 - 18:51
Məktəb psixoloqu vəzifəsi üzrə müsahibə nəticələrinə dair Apellyasiya komissiyası fəaliyyətə başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.

Təhsil İdarəsindən “Tehsil365”ə bildirilib ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər mayın 5-dən mayın 8-i saat 09:30-12:30 aralığında BŞTİ-yə yaxınlaşaraq psixoloqların işə qəbul müsabiqəsinin müsahibə mərhələsi üzrə Apellyasiya komissiyasına müraciət edə bilərlər. Müraciət edən hər bir şəxsin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən sənədlərini özü ilə gətirməsi vacibdir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərin nəticələri barədə məlumat SMS vasitəsilə namizədlərin əlaqə nömrələrinə göndərilib.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...