Təhsil 365 - Logo Mobile

Olimpiadada 400-dən artıq şagird iştirak edib

8503.05.2025 - 12:45
Olimpiadada 400-dən artıq şagird iştirak edib

Mayın 3-də Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin IX-X sinif şagirdləri arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.

“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, 7 mərkəzdə təşkil olunan olimpiadada 400-dən artıq şagird iştirak edib. Məktəblilərə qapalı test formatında 30 sual təqdim olunub, sualların cavablandırılması üçün 70 dəqiqə vaxt ayrılıb.

Bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.

Qeyd edək ki, olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...