Təhsil 365 - Logo Mobile

Mədəniyyət naziri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyəcək

8206.05.2025 - 08:50
Mədəniyyət naziri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli mayın 30-da saat 10:00-da Siyəzən rayon Heydər Əliyev Mərkəzində (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 90) Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Bu barədə “Tehsil365”ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar mayın 26-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Elmina Muxtarlı

Новостная лента

На данный момент новостей в ленте нет...