Təhsil 365 - Logo Mobile

İtaliyanın tanınmış professoru BANM-də olub - FOTO

8207.05.2025 - 10:32
İtaliyanın tanınmış professoru BANM-də olub - FOTO

İtaliyanın tanınmış professoru və Avropa Komissiyasının enerji, nəzəri fizika və atom enerjisi sahəsində 30 ildən artıq təcrübəyə malik olan professor Franco Cozzani SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-dən “Tehsil365”ə bildirilib ki, rektor Elmar Qasımov ilə keçirilən görüşdə bərpaolunan enerji, innovasiya və enerji texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Sonra professorun “Bərpaolunan enerji mənbələri: panaseya, illüziya, yoxsa ehtiyaclarımız üçün faydalı töhfə?” mövzusunda təqdimatı baş tutub. O, bərpaolunan enerji mənbələrinin dünya miqyasında artan əhəmiyyətini və bu sahədəki texnoloji inkişafa dair fikirlərini bölüşüb.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...