Mexanika Mühəndisləri İnstitutunun (IMechE) Beynəlxalq Könüllülər Şəbəkəsinin Yaxın Şərq və Afrika üzrə sədri Məhəmməd Unib, IMechE-nin Azərbaycan və Gürcüstan üzrə ölkə nümayəndəsi Ceyhun Əlizadə və IMechE-nin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Mehdi Mehdizadə üçün SOCAR-ın Bakı Ali Neft Məktəbinə (BANM) kampus turu təşkil edilib.
BANM-dən “Tehsil365”ə bildirilib ki, tədris və elmi işlər üzrə prorektor Sevda Zərgərova və strateji inkişaf üzrə prorektor Güldənə Hidayətli ilə görüşdə ali məktəbin elmi-tədris mühiti, tələbə imkanları və mühəndislik sahəsində həyata keçirilən beynəlxalq əməkdaşlıqlar müzakirə olunub.