Təhsil 365 - Logo Mobile

ADPU ilə Qazi Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib - FOTO

8908.05.2025 - 11:00
ADPU ilə Qazi Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova və Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova Türkiyəyə səfərləri çərçivəsində Qazi Universitetində olublar.

ADPU-dan “Tehsil365”ə bildirilib ki, Qazi Universitetinin rektoru professor Uğur Ünal ilə keçirilən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, tələbə və müəllim mübadiləsi, təhsil proqramlarının inkişafı və elmi-tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Səfərin ikinci hissəsində Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova Qazi Universitetinin Təhsil fakültəsinin dekanı professor Bilal Günəş ilə görüşüblər. Tərəflər fakültələrarası əməkdaşlıq imkanlarını dəyərləndiriblər. Daha sonra ADPU nümayəndələri fakültənin fəaliyyəti ilə yaxından tanış olub, Qazi Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili dərsində iştirak ediblər.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...