Təhsil 365 - Logo Mobile

Milli Kitabxana faşizm üzərində qələbəyə həsr olunan elektron məlumat bazası və virtual sərgi istifadəyə verib

7209.05.2025 - 08:20
Milli Kitabxana faşizm üzərində qələbəyə həsr olunan elektron məlumat bazası və virtual sərgi istifadəyə verib

Azərbaycan Milli Kitabxanasında 9 May - Faşizm üzərində Qələbə günü ilə əlaqədar “Faşizm üzərində Qələbə (1941-1945)” adlı elektron məlumat bazası, “9 May - Faşizm üzərində Qələbə günüdür” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxanadan “Tehsil365”ə bildirilib ki, elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Müharibə haqqında sitatlar”, “İkinci Dünya müharibəsi - xülasə”, “Xatirələr, məktublar”, “Nəşrlər” və bir sıra materiallar nümayiş olunur.

Virtual sərgidə isə mövzu ilə bağlı nəşr olunmuş kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar nümayiş etdirilir.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...