Təhsil 365 - Logo Mobile

Bağçalara elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır

11019.05.2025 - 08:30
Bağçalara elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır

Məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Tehsil365”ə bildirilib ki, 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq ilə əlaqədar olaraq mayın 23-dən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş məhdudlaşacaq və təsdiqlənməmiş sorğular silinəcək.

Qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...