Təhsil 365 - Logo Mobile

DİM bu vəzifə üzrə vakansiya elan edir

5222.05.2025 - 14:20
DİM bu vəzifə üzrə vakansiya elan edir

Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının  işlənməsi departamentinin Orta təhsil üzrə şöbəsində aparıcı məsləhətçi (müddətli müqavilə əsasında) vəzifəsi üzrə vakansiya elan edilir.

Bu barədə “Tehsil365”ə DİM-dən məlumat verilib.

Qulluq funksiyaları:

  • Biologiya fənni üzrə test tapşırıqlarının tərtib edilməsi və ekspertizası işinin təşkili;

  • Yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət edilməsi;

  • Ümumi metodiki göstərişlərin işlənib hazırlanması;

  • Səlahiyyətləri daxilində şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;

  • DİM-in fəaliyyət sahəsinə aid digər işlərin həyata keçirilməsində iştirak etmək.

Tələblər:

  • Ali təhsil (biologiya müəllimliyi, biologiya);

  • Müvafiq sahə üzrə minimum 1 il iş stajı;

  • Müvafiq fənn üzrə təhsil proqramı ilə yaxından tanış olmalı;

  • Müvafiq fənn üzrə ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərlə yaxından tanış olmalı;

  • Test metodologiyası barədə ümumi məlumata malik olmalı;

Kompüter bilikləri: "MS Windows", "MS Office" proqramları, "Internet" və "Outlook" ilə işləmək bacarığı;

Dil bilikləri: Rus dili (B1 səviyyəsində), ingilis dili (arzuolunandır).

Müraciət qaydası:

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadrlar uçotunun şəxsi vərəqəsini” dolduraraq mövzu bölməsində “Orta təhsil üzrə şöbə, aparıcı məsləhətçi” qeyd etməklə 8 iyun 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...