Təhsil 365 - Logo Mobile

Sumqayıtda azyaşlı avtoqəzada ölüb

6307.06.2025 - 09:25
Sumqayıtda azyaşlı avtoqəzada ölüb

Sumqayıtda ölümlə nəticələnən avtoqəza olub.

"Tehsil365" xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

İlkin məlumata əsasən, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan 12 yaşlı oğlan hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gülgəz Qasımzadə

Новостная лента

На данный момент новостей в ленте нет...