Bakı Slavyan Universitetində (BSU) doktorant və dissertantlar üçün ixtisas fənni üzrə doktorluq imtahanları keçiriləcək. İmtahanlar 18 iyun 2025-ci il tarixində təşkil olunacaq. Saat 10:00-da 5901.01 – “Beynəlxalq münasibətlər”, saat 12:00-da isə 5706.01 – “Azərbaycan dili” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən namizədlər imtahan verəcəklər.
"Tehsil365" xəbər verir ki, imtahanda iştirak etmək istəyən şəxslər 11 iyun 2025-ci il saat 18:00-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
Şəxsiyyəti təsdiq edən sənədin surəti
Dissertasiya işinin ilkin nüsxəsi
BSU-nun doktorantı (dissertantı) olmayanlar üçün dissertasiya yerinə yetirildiyi müəssisədən müraciət məktubu
Ərizə
Əlavə məlumat almaq üçün BSU-nun Magistratura və doktorantura şöbəsinə müraciət etmək mümkündür.
Əlaqə: (012) 599 08 70 (daxili 213)
E-poçt: [email protected]