Təhsil 365 - Logo Mobile

Goranboyda minik maşını aşıb, xəsarət alanlar içərisində azyaşlı var

7209.06.2025 - 09:13
Goranboyda minik maşını aşıb, xəsarət alanlar içərisində azyaşlı var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

“Tehsil365”  APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Samir Məmmədovun idarə etdiyi "Hyundai" markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə, minik maşını yolun kənarına aşıb.

Qəza zamanı sürücünü övladı 2010-cu il təvəllüdlü Nicat Məmmədov, 1953-cü il təvəllüdlü Aslan Məmmədov xəsarət alıblar. Yaralılar Təcili yardım maşını ilə Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elmina Muxtarlı

Новостная лента

На данный момент новостей в ленте нет...