Təhsil 365 - Logo Mobile

Qətl törədən yeniyetməyə hökm oxundu

5311.06.2025 - 08:30
Qətl törədən yeniyetməyə hökm oxundu

Göyçayda qız görə qətl törətməkdə təqsirləndirilən yeniyetmə Səid Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Tehsil365” xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Bayramlı 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, Səid Bayramlı tanışı Günayla yaşadığı binanın yaxınlığındakı parkda görüşərkən Hüseyn Feyzullayev ona söz atıb. R.Feyzullayev ona həbsdə yatdığını bildirib və ondan məhəllədə qızla görüşməyi qadağan edib. Aralarında yaranan mübahisə zamanı R.Feyzullayev Səidi döyüb.

Xəsarət alan Səid evlərinə gələrək qisas almaq məqsədi ilə evlərindən mətbəx bıçağı götürüb geri qayıdıb. O, R.Feyzullayevi 10 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qətli törədərkən S.Bayramlının 17 yaşı olub.

Züleyxa Allahverdiyeva

Новостная лента

На данный момент новостей в ленте нет...