Xəbər verdiyimiz kimi, Şəmkirdə baş verən yol qəzasında ölən və xəsarət alanların adları məlum olub. Belə ki, hadisə nəticəsində avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılova ölüb.
“Tehsil365” AzEdu.az-a istinadən xəbər verir ki, dünyasını dəyişən H.İsmayılova təsviri incəsənət müəllimi, yaralı olan Ş. Hüseynova isə rus dili müəllimi olub.
Qeyd edək ki, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləridir.