Lənkəran rayonunda yeniyetmə dənizdə boğulub.
“Tehsil365” xəbər verir ki, hadisə şəhərin "Kiçik Bazar" adlanan ərazisində qeydə alınıb.
Əraziyə dalğıc-axtarış qrupu cəlb olunub. Daha sonra batan yeniyetmənin meyiti sudan çıxarılıb.
Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.