Təhsil 365 - Logo Mobile

Bakıda daha bir uşaq faciəvi şəkildə ölüb

7716.06.2025 - 10:23
Bakıda daha bir uşaq faciəvi şəkildə ölüb

Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisəsi baş verib.


“Tehsil365” xəbər verir ki, hadisə iyunun 14-ü gecə saat 01 radələrində Təbriz küçəsi 55 ünvanında yerləşən 9 mərtəbəli binada qeydə alınıb.


Həmin binanın 8-ci mərtəbəsindəki mənzildə yaşayan 2021-ci il təvəllüdlü Ayşə Samir qızı Süleymanova evin eyvanından yerə yıxılıb. Azyaşlı hadisə yerində vəfat edib.


Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Qeyd edək ki, bir neçə gün öncə Nərimanov rayonunda 8 yaşlı oğlan uşağı da 8-ci mərtəbədən yıxılaraq həyatını itirmişdi.

Gülgəz Qasımzadə

Новостная лента

На данный момент новостей в ленте нет...