Təhsil 365 - Logo Mobile

Hamamda qaz partlayıb, yeniyetmə qız yanıq xəsarəti alıb

7418.06.2025 - 16:50
Hamamda qaz partlayıb, yeniyetmə qız yanıq xəsarəti alıb

Gəncədə yeniyetmə qız yanıq xəsarəti alıb.

“Tehsil365” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 2010-cu il təvəllüdlü G. Verdiyeva üz, əl və saçının yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə G. Verdiyeva yaşadığı evin vanna otağında qazla çalışan qızdırıcını yandıran zaman ehtiyatsızlıqdan partlayış olub.

Nəticədə yeniyetmə qız yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Züleyxa Allahverdiyeva

Новостная лента

На данный момент новостей в ленте нет...