Təhsil 365 - Logo Mobile

LDU dünyanın ən nüfuzlu universitetləri siyahısında yer alıb

6719.06.2025 - 16:30
LDU dünyanın ən nüfuzlu universitetləri siyahısında yer alıb

Lənkəran Dövlət Universiteti (LDU) dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinq sistemlərindən biri olan “Times Higher Education” dünya reytinq siyahısında yer alıb.


Universitetdən “Tehsil365”ə bildirilib ki, LDU dünya reytinqində TOP 1001-1500-də qərarlaşıb.


Məlumat üçün bildirək ki, “THE Impact Rankings” reytinq siyahısı THE tərəfindən hazırlanmış və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsasında dünyanın ali təhsil müəssisələrinin tədris, elmi-tədqiqat, sosial, iqtisadi və ekoloji sahələrdəki töhfəsini ölçən qlobal reytinq sistemidir. Bu reytinq universitetlərin tədqiqat fəaliyyəti, idarəetmə siyasətləri, sosial təsiri və ictimai öhdəliklərini obyektiv meyarlarla qiymətləndirməklə onların dayanıqlı inkişafa verdiyi dəstəyi əks etdirir.



Gülgəz Qasımzadə

Новостная лента

На данный момент новостей в ленте нет...