Təhsil 365 - Logo Mobile

Qazax-Tovuzda məzunlara attestatlar təqdim olunur - FOTO

5819.06.2025 - 18:30
Qazax-Tovuzda məzunlara attestatlar təqdim olunur - FOTO

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin məzunlarına attestatların təqdim olunmasına start verilib.

Bu barədə "Tehsil365"ə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, cari tədris ilində idarənin nəzdindəki məktəblərin IX siniflərini 9138, XI siniflərini isə 6451 şagird uğurla bitirib.

Məzunlara verilən attestatlar Nazirlər Kabinetinin təsdiqlədiyi “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən təqdim olunur.

Qeyd edək ki, dövlət nümunəli təhsil sənədlərinin verilməsi tamamilə pulsuzdur və bu prosesdə hər hansı rüsumun tələb edilməsi qanunsuzdur. Şagirdlər və valideynlər hər hansı neqativ halla rastlaşdıqları halda “055 834 31 37” nömrəsi ilə əlaqə saxlaya bilərlər.




Züleyxa Allahverdiyeva

Новостная лента

На данный момент новостей в ленте нет...