Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (GDRTİ) 2024–2025-ci tədris ili üzrə dərnəklərin fəaliyyəti ilə bağlı qiymətləndirmə prosesini davam etdirir.
Bu barədə "Tehsil365"ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, idarənin müvafiq əmri əsasında yaradılmış komissiya tərəfindən ümumilikdə 30 dərnək rəhbərinin hesabatı dinlənilib. Dinləmələr zamanı təqdim olunan sənədlər, fəaliyyət planları və dərnək işinin təşkili ilə bağlı materiallar təhlil edilərək məqsədəuyğunluq, sənədləşmə və şagirdlərin fəallığı meyarları üzrə qiymətləndirilib.
Bundan əlavə, idarə tərəfindən dərnək və dərsdənkənar məşğələlərin monitorinq prosesi həm yerində, həm də videozəng formatında davam etdirilir. İndiyədək 198 dərnək və 348 dərsdənkənar məşğələ olmaqla, ümumilikdə 546 məşğələ üzrə monitorinq aparılıb.