Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə 18 sentyabr 2025-ci il tarixində “Gəncə incəsənəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Bu barədə "Tehsil365"ə Diyarşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, konfransda Azərbaycan mədəniyyəti, Gəncə memarlığı və musiqi irsi ilə bağlı bir sıra elmi istiqamətlər üzrə məruzələr təqdim olunacaq.
Konfransın əsas istiqamətləri bunlardır:
1. Azərbaycan mədəniyyətinin inkişaf tarixi: xalq sənətkarlığı və dekorativ-tətbiqi sənət;
2. Gəncə memarlığı, tarixi abidələrin mühafizəsi və bərpası, sənətkarlığın milli-mənəvi dəyərlərin qorunmasındakı rolu;
3. Üzeyir Hacıbəyli və Gəncə musiqi mədəniyyəti tarixi.
Konfrans əyani formatda keçiriləcək və iştirakçılar professor-müəllim heyəti, doktorantlar, dissertantlar və elmi işçilər olacaq. Təqdim olunan materiallar həm AMEA Gəncə Bölməsinin rəsmi saytında yerləşdiriləcək, həm də jurnal formasında nəşr ediləcək.
Vacib tarixlər:
Məqalələrin son göndərilmə tarixi: 18 avqust 2025-ci il
Konfrans proqramının elan olunması: 12 sentyabr 2025-ci il
Konfransın keçirilmə tarixi: 18 sentyabr 2025-ci il
Məqalələrin tərtibatına dair əsas tələblər:
Azərbaycan, türk və ya rus dillərində yazılmalı;
Elektron formatda və plagiat hesabatı ilə birlikdə təqdim olunmalı;
Mövzu konfransın istiqamətlərinə uyğun seçilməlidir;
Məqalə 3-9 səhifə aralığında, elmi üslubda və qrammatik qaydalara uyğun tərtib olunmalıdır;
Xülasələr və açar sözlər azərbaycan, rus və ingilis dillərində təqdim olunmalıdır;
İstinadlar [Məmmədov, 2007, s.18] formatında verilməlidir;
İstifadə olunan ədəbiyyatlar əlifba sırası ilə göstərilməlidir.
Qeyd edək ki, əyani iştirakçılara sertifikat təqdim ediləcək və məqalələrin məzmununa görə müəlliflər məsuliyyət daşıyır.
Məqalələrin göndərilmə ünvanı:
Əlaqələndirici şəxs:
t.ü.f.d., dosent Samirə Qasımova
📞 (+994 50) 761 52 51