Təhsil 365 - Logo Mobile

Gəncədə “Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib

7620.06.2025 - 10:25
Gəncədə “Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib

Mədəniyyət Nazirliyi ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Gəncədə  “Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib. 

"Tehsil365" Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən xəbər verir ki, “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi çərçivəsində Gəncə Dövlət Dram Teatrında Abdulla Şaiqin "Tıq-tıq xanım"  əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş etdirilib.

Layihənin məqsədi məktəblilər arasında estetik zövq formalaşdırmaq, incəsənətə marağı artırmaq və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Elmina Muxtarlı

Новостная лента

На данный момент новостей в ленте нет...