Müasir təhsil mühiti və geniş akademik imkanları ilə seçilən Qarabağ Universiteti yeni qəbul olunan abituriyentlərə bir sıra üstünlüklər təqdim edir.
"Tehsil365" xəbər verir ki, universitetdə tələbələrə aşağıdakı imkanlar yaradılır:
Yeni məzmunlu tədris proqramları;
Peşəkar yerli və əcnəbi professor-müəllim heyəti;
Tam ödənişsiz təhsil;
Hər bir tələbəyə təqaüd, yüksək bal toplayanlara isə əlavə təqaüd;
Akademik ingilis dili tədrisi və beynəlxalq resurslara çıxış;
Ödənişsiz yataqxana imkanı;
Yaşıl və ekoloji təmiz kampus;
Elmi-tədqiqat və startap layihələrinin dəstəklənməsi.
Bu üstünlüklər Qarabağ Universitetində təhsil alan gənclərə həm akademik, həm də sosial baxımdan yüksək keyfiyyətli təhsil və inkişaf fürsətləri qazandırır.