Təhsil 365 - Logo Mobile

Əməkdar rəssam Natiq Səfərovun 65 illiyinə həsr olunmuş sərgi açılacaq

5620.06.2025 - 18:00
Əməkdar rəssam Natiq Səfərovun 65 illiyinə həsr olunmuş sərgi açılacaq

İyunun 25-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, ali dərəcəli bərpaçı Natiq Səfərovun 65 illiyinə həsr olunmuş “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq.

“Tehsil365” xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə Natiq Səfərovun rəhbərliyi ilə restavrasiya olunmuş muzey kolleksiyasına aid 40-dan çox eksponat, onların bərpadan öncəki və sonrakı görüntülərini əks etdirən foto və məlumatlar, eləcə də müəllifi olduğu rəngkarlıq əsərləri yer alacaq.

XVII–XIX əsrlərə məxsus ikonalar, V.Serovun “Baronessa N.A. Meyendorfun portreti” və rəqəmsal animasiyası, T.Tağıyevin uzun müddət sərgilənməyən “Koroğlu” triptixi, Azərbaycan avanqardının tanınmış siması Tofiq Cavadovun tabloları, eləcə də öz ecazkarlığı ilə seçilən Azərbaycan xalçaları, Meysen çiniləri, Türkiyə incəsənətinə aid unikal sənət nümunələri sərginin maraqlı əsərləri sırasındadır.

Natiq Səfərovun həm bərpaçı, həm də rəssam kimi çoxşaxəli yaradıcılığına işıq salan sərgi sentyabrın 25-dək davam edəcək.

Züleyxa Allahverdiyeva

Новостная лента

На данный момент новостей в ленте нет...