Təhsil 365 - Logo Mobile

Biləsuvarda kino günlərinə start verilib

6421.06.2025 - 16:40
Biləsuvarda kino günlərinə start verilib

Azərbaycan Kinematoqrafçılar İttifaqı bölgələrdə film nümayişlərini davam etdirir.

İttifaqdan “Tehsil365” a bildirilib ki, budəfəki “Kino günləri” layihəsinin təyinat nöqtəsi Biləsuvar rayonu olub.

Üç gün davam edən layihə Biləsuvar rayon Heydər Əliyev Mərkəzini, Mərkəzi Kitabxanasını, Təzəkənd kənd Sənətkarlıq Klubunu və Nərimankənd kənd Folklor Klubunu əhatə edib.

Proqramda Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, Mirsadıq Ağazadənin “Eviniz abad”, Aydın Arslanın “Aktyor” tammetrajlı bədii filmləri, Elmar Bayramovun “Nəfəs”, Ruslan Ağazadənin “Balaca” Qulu Əsgərovun “Hasar”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” qısametrajlı bədii filmləri, Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Leylaxanım Qənbərlinin “Böyük qırmızı ev” qısametrajlı sənədli filmləri nümayiş olunub.

Züleyxa Allahverdiyeva

Новостная лента

На данный момент новостей в ленте нет...