Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində 2025/2026-cı tədris ili üzrə I sinfə şagird qəbulu imtahanları uğurla davam edir.
“Tehsil365” xəbər verir ki, bir həftə ərzində ümumilikdə 18 min 665 namizəd qeydiyyatdan keçib. Onlardan 16 min 548-i musiqi, 1427-si rəssamlıq, 690-ı isə xoreoqrafiya istiqamətləri üzrə müraciət edib.
Qeyd edək ki, qəbul iyunun 29-da başa çatacaq.