Təhsil 365 - Logo Mobile

"Mirasa sahibik" forumu: Qərbi Azərbaycan konsepsiyasının təbliğində gənc müəllimlərin rolu müzakirə olunacaq

6923.06.2025 - 15:50
"Mirasa sahibik" forumu: Qərbi Azərbaycan konsepsiyasının təbliğində gənc müəllimlərin rolu müzakirə olunacaq

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə "Mirasa Sahibik: Qərbi Azərbaycan Konsepsiyasının Təbliğində Gənc Müəllimlərin Rolu" adlı Forum keçiriləcək.

"Tehsil365" xəbər verir ki, forumun məqsədi Azərbaycan xalqının tarixi yaddaşını qorumaq, milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürməkdir. Tədbirdə Qərbi Azərbaycan Konsepsiyasının ictimaiyyətə düzgün çatdırılması, tarixi həqiqətlərin təbliği və bu sahədə gənc müəllimlərin rolu geniş müzakirə olunacaq.

Forum 25 iyun 2025-ci il tarixində saat 10:00-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsas binasında keçiriləcək.

Qeydiyyat üçün son tarix 23 iyun 2025-ci ildir. İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/w748vcE7SsF1nG8PA

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...