Təhsil 365 - Logo Mobile

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Dövlət Qulluqçuları təltif olunub - FOTO

16223.06.2025 - 16:32
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Dövlət Qulluqçuları təltif olunub - FOTO

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində tədbir keçirilib.

Bu barədə “Tehsil365”ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbirdə idarənin struktur bölmələrində çalışan bir qrup dövlət qulluqçusu səmərəli fəaliyyətinə görə və peşə bayramı münasibətilə Fəxri Fərmanla təltif olunub.

Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, struktur bölmə rəhbərləri və əməkdaşlar iştirak ediblər. Elçin Kərimov çıxışında dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində həyata keçirilən islahatların əhəmiyyətindən bəhs edib. O, bu sahədə görülən tədbirlərin və yeniliklərin idarəetmənin səmərəliliyini artırdığını, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etdiyini vurğulayıb.

Çıxışının sonunda Elçin Kərimov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda Dövlət qulluğunda göstərdikləri səmərəli fəaliyyətə görə və 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə idarənin struktur bölmələrində çalışan bir qrup dövlət qulluqçusu Fəxri Fərmanla təltif olunub.




Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...