Təhsil 365 - Logo Mobile

Turan Topalova: "Proqram çərçivəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 351 nəfər Dövlət Proqramı məzunu adını qazanıb"

7525.06.2025 - 09:30
Turan Topalova: "Proqram çərçivəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 351 nəfər Dövlət Proqramı məzunu adını qazanıb"

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” 2022-ci ildən etibarən həyata keçirilir. Proqram çərçivəsində ümumilikdə 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb.

“Tehsil365” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.

O bildirib ki, proqram iştirakçılarından 196 nəfər müvafiq beynəlxalq reytinq cədvəllərində ("Times Higher Education", “QS World Unıversıty Rankings” və “Academic Ranking of World Universities (Shanghai)”) universitetlər üzrə top10-da yer alan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb:

"Proqram çərçivəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 351 nəfər Dövlət Proqramı məzunu adını qazanıb".

Ramidə Əliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...