Şəmkir rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə təhsilverənlərin etik davranış qaydaları mövzusunda 7 mərkəzdə görüşlər keçirilib. Tədbirlərdə müəssisə rəhbərləri, təşkilatçı, UBTR, təsərrüfat müdiri və metodbirləşmə rəhbərlərinin iştirakı ilə ümumilikdə 980 nəfər iştirak edib.
“Tehsil365” xəbər veririki, görüşlərdə müəllimin etik davranışı, ədalətli münasibət, vicdanlı qərarlar və şagirdlərə hörmətlə yanaşma gənc nəslin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Yeni qaydalar təhsil işçilərinin diqqətinə çatdırılıb və onları maraqlandıran suallar cavablandırılıb.