Məşhur Məmmədov da məzunların sevinclərinə şərik çıxaraq onlara gələcək həyat yollarında uğurlar arzu ediblər. Millət vəkilləri çıxışlarında LDU-nun son illərdə təhsil və elm sahəsində, beynəlxalq əməkdaşlıq istiqamətində və s. sahələrdə qazandığı uğurlardan söz açaraq bu universitetin daha çox məzunun işlə təmin olunmasını böyük nailiyyət kimi dəyərləndiriblər.
“Tehsil365” xəbər verirki, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov, məzun Aynur Mehdiyeva, valideyn Aliyə Axundova da çıxışlarında məzunlara xoş arzularını çatdırıblar.
Məzun günündə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Elşad Novruzov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin müdiri Bəxtiyar Qılıncov və digər şəxslər iştirak ediblər.
Tədbirdə təhsilini uğurla başa vuran məzunlar mükafatlandırılıb. Tələbəlik dövründə ictimai fəallığı ilə seçilən məzunların bir qrupuna bakalavr və magistr diplomları, xatirə hədiyyələri, universitetin xarici tələbələrinə təhsildə fərqləndiklərinə görə sertifikatlar təqdim olunub.
Tədbir tələbələrin ifasında maraqlı konsert proqramı ilə yekunlaşıb.